APA İnformasiya Agentliyi Website: https://apa.az E-mail: news@apa.az Contact: @BOTAPAGroup Facebook: https://www.facebook.com/apaxeber/
News
🇷🇺⚡️Belqorodda Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb, 63 nəfərin öldüyü bildirilir
Nazir: Plagiatı sübut edilmiş adamın elmi fəaliyyəti ömürlük qadağan olunmalıdır
İranda itkin düşən azərbaycanlı tələbəyə casusluq ittihamı irəli sürülüb\nBu barədə APA-ya açıqlamasında Fərid Səfərlinin anası Dilarə Əsgərova məlumat verib.\nO bildirib ki, Fərid Səfərli İranda həbs edilib: "Bu gün Azərbaycan Xarici İşlər Nazirliyindən mənə məlumat verildi ki, İran tərəfi onlara rəsmi cavab verib. Cavabda qeyd edilib ki, Fərid Səfərli İranda casusluq ittihamı ilə həbs edilib. Hətta bizim konsulluq tərəfindən Fəridlə bir neçə dəfə telefon danışığı olub. Hazırda biz Fəridlə görüş tələb edirik. Konsuluğumuz da bu barədə İranın adiyyati qurumlarına müraciət edib".
⚡️Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib\nAPA-nın Rusiya bürosu xəbər verir ki, Moskvanın mərkəzi küçərlərinə hərbi texnika yeridilib.
Sənan Paşayev Naxçıvan Muxtar Respublikasının prokuroru təyin edilib
“Ben bu cihana sığmazam” serialında Azərbaycan xəritəsi ilə bağlı səhv aradan qaldırılıb\n23 may 2023-cü il tarixində Türkiyənin ATV televiziyasınada yayımlanan “Ben bu cihana sığmazam” adlı serialın 32-ci seriyasında təhrif olunmuş Azərbaycan xəritəsi istifadə olunub.\nAPA xəbər verir ki, serialın Azərbaycandan olan çoxsaylı izləyicilərinin də haqlı narazılığına səbəb olan bu halla bağlı sözügedən serialı çəkən “Güzel Adamlar Medya” şirkəti ilə əlaqə saxlanılıb. Şirkət rəsmiləri, texniki səhv yaşandığını bildirərək, baş vermiş yanlışlığa görə Azərbaycan tərəfindən üzr istəyib.\n 27 may tarixində 32-ci seriyanın təkrarı yayımlandığı zaman xəritə ilə bağlı səhv aradan qaldırılıb və Azərbaycan xəritəsi düzgün formada istifadə olunub.
Aprelin 9-da keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub\nİmtahan iştirakçıları öz nəticələrini buradan öyrənə bilərlər
İran nəşri Arazdakı ekoloji fəlakətdən yazıb: Ermənistanla yanaşı, İran da çayın ən böyük çirkləndiricisidir\nhttps://apa.az/az/sosial/iran-nesri-arazdaki-ekoloji-felaketden-yazib-ermenistanla-yanasi-iran-da-cayin-en-boyuk-cirklendiricisidir-772471
Moskvada Arazdəyən-Culfa-Mehri-Horadiz dəmiryolunun bərpası üzrə ümumi anlaşma əldə olunub\nAPA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazilərinin müavinləri arasında keçirilən İşçi Qrupunun 12-ci iclasında bildirilib.\n "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında nəqliyyat əlaqələrinin açılmasının modallığının əlaqələndirilməsi sahəsində mühüm irəliləyiş məmnunluqla qeyd olunub.
Gürcüstanda texniki xidmət qatarı aşıb, ölən və yaralananlar Azərbaycan vətəndaşlarıdır\nBakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstanın Tsalka rayonundan keçən seksiyasında texniki xidmət qatarı relsdən çıxaraq aşıb.\nAPA-nın Gürcüstan bürosu yerli mətbuata istinadən xəbər verir ki, ötən gün baş vermiş qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Ölən şəxsin və xəsarət alanların Azərbaycan vətəndaşları olduğu bildirilir.\nDəmir yolu xəttinin sözügedən seksiyasında tikinti işlərinin Azərbaycan Dəmir Yolları şirkəti tərəfindən aparıldığı bildirilib.
🇦🇿🇬🇧Britaniya səfiri Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
👍 10
🔥 1
Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib. APA xəbər verir ki, bu barədə Aİ-nin böhranların idarə olunması üzrə komissarı Janez Lenarcic "X" hesabında bildirib. "İranın yardım tələbi ilə İran prezidenti və onun xarici işlər nazirini daşıdığı bildirilən helikopter qəzası ilə əlaqədar Aİ-nin CopernicusEMS - "Copernicus" peyk görüntü xidmətini aktivləşdiririk", o paylaşımında qeyd edib.
👍 29
😁 4
❤ 2
İranda həbsdə olan Azərbaycan vətəndaşı ölkəmizə təhvil verilib\nİranda həbsdə olan Azərbaycan Respublikası vətəndaşı Validə Yusifova azad edilərək Astara sərhəd-keçid məntəqəsində Azərbaycan tərəfinə təhvil verilib.\nValidə Yusifova iki il əvvəl Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin qərarı ilə "casusluq ittihamı" ilə həbs edilib.\nhttps://apa.az/az/hadise/iranda-hebsde-olan-azerbaycan-vetendasi-olkemize-tehvil-verilib-778963
Prezident İlham Əliyevin andiçmə mərasimi - VİDEO
❗️Azərbaycan XİN: \n\nErmənistanın yerləşdirdiyi minalar əsas problem olaraq qalır.\n\nBu gün baş verən partlayış nəticəsində 29 yaşlı mülki şəxs ağır yaralanıb.\n\n2020-ci ilin noyabr ayından 346 azərbaycanlı qurban oldu.\n\nErmənistan müxtəlif bəhanələrlə dəqiq xəritələri təqdim etməkdən imtina edir.
Kahramanmaraşda zəlzələ nəticəsində həyatını itirənlər kütləvi şəkildə dəfn edilir
Lənkəran Dairəvi Qalasının dam örtüyü çöküb\nAPA xəbər verir ki, bu barədə Mədəniyyyət Nazirliyi məlumat yayıb.\nQeyd olunub ki, hal-hazırda qədim qalanın ətrafında və içərisində təmizlik, abadlıq işləri görülür, qalanın mühafizəsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyev: Bu gün İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə dostcasına xudahafizləşdikdən sonra ali nümayəndə heyətini daşıyan helikopterin İranda qəza enişi etməsi barədə xəbər bizi ciddi şəkildə narahat etdi. Uca Allahdan dualarımız Prezident İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyəti ilədir. Qonşu, dost və qardaş ölkə olaraq Azərbaycan Respublikası hər cür dəstək göstərməyə hazırdır.
👍 20
😁 7
😢 5
❤ 4
🙏 4
🤔 1
🌚 1
💔 1
Xaçmaz rayonunda zəlzələ qeydə alınıb.\nAPA-nın şimal bürosunun verdiyi məlumata görə, zəlzələ rayon mərkəzində hiss olunub. Dağıntı və itki barədə məlumat yoxdur.
FHN Kahramanmaraşda axşam saatlarında daha bir meyiti dağıntılar altından çıxarıb\napa.az
❗️Azərbaycanın Koreyadakı səfirliyinin sabiq attaşesi 347 min manatlıq mənimsəmədə ittiham olunur\n apa.az
❗️Maliyyə Nazirliyi iki təşkilatda yoxlamalarla bağlı DTX-ya müraciət edib\napa.az
Aeroport yolunda üç maşın toqquşub
⚡️⚡️⚡️Xəzər dənizində 5,7 maqnitudalı zəlzələ olub\nQeyd edək ki, zəlzələ\nAzərbaycanın bir neçə rayonunda və paytaxt Bakıda hiss olunub.
ABŞ-nin Ermənistandakı səfiri: Qarabağ erməniləri Azərbaycanda təhlükəsiz yaşaya bilər\napa.az
Çavuşoğlu: Azərbaycan əlindəki bütün yük təyyarələrini səfərbər edib\napa.az
❗️Priqojin: "Vaqner" qan tökülməməsi üçün bazasına qayıdır
⛪️🇬🇪Gürcüstanın Azərbaycan sərhədinə yaxın ərazisində kilsə tikilir\nGürcüstan “Qırmızı Körpü” sərhəd keçid məntəqəsi yaxınlığında kilsə inşasına başlayıb.\nAPA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Marneuli meriyası məlumat yayıb. Bildirilib ki, Marneuli və Hucabinin yepiskopu Qiorqinin Camdelianinin xeyir-duası ilə “Müqəddəs Andria Pirveltsodebuli" kilsəsinin təməli qoyulub.
DSX Akademiyasının kursantı yol qəzasında həlak olub\nBu gün 19:30 radələrində akademiyanın 3-cü kurs kursantı Mahmudov Laçın Tərlan oğlu məzuniyyətdə olarkən Qəbələ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.
‼ Volodin Ermənistana xəbərdarlıq edib\nAvropa institutları istiqamətində bəyanatlar verənlər sadəcə olaraq öz ölkələrini itirəcəklər.\nAPA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri V. Volodin Sahibə Qafarova ilə Qarabağda vəziyyətin nizamlanmasına dair müzakirə zamanı deyib.\nO, Avropa Parlamentinin, AŞPA-nın iştirakı ilə hansısa kəskin məsələ və ya münaqişəli vəziyyət həllinə nail olunmadığını deyib.\n“Ona görə də Avropa Parlamentini və AŞPA-nı cəlb etmək istəyənlər 10 dəfə düşünməli və Ukrayna, Yuqoslaviya və digər ölkələrin timsalında bunun necə bitəcəyini ölçməlidir. Sülh istəyən, vəziyyəti həll etmək istəyən hər kəs nəinki bu kvazi-parlamentlərdən - istər AŞPA-dan, istərsə də Avropa Parlamentindən uzaq durmalıdır, həm də aydın başa düşməlidir ki, onların iştirakı vəziyyəti gərginləşdirəcək, getdikcə daha çox problemlər yaradacaq. Əgər onlar bunu edərlərsə, o zaman nəticələrinə görə məsuliyyət daşımalıdırlar”, - deyə Vyaçeslav Volodin Ermənistana xəbərdarlıq edib.
📞Lavrov və Abdullahian Rusiyadakı son vəziyyəti müzakirə edib
Belarus Prezidenti Priqojinlə danışıq aparıb\nPriqojin Lukaşenkonun Vaqner qüvvələrinin hərəkətini dayandırmaq və gərginliyi azaltmaq üçün addım atmaq təklifini qəbul edib.\nQeyd olunub ki, hazırda "Vaqner" özəl hərbi şirkəti ilə vəziyyətin həlli üçün məqbul variantın layihəsi hazırlanıb. Layihədə Vaqner döyüşçüləri üçün təhlükəsizlik zəmanəti də var.
Komissiya: Söyüdlüdə monitorinqlər davam etdirilir
MN: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub\nİyunun 24-ü saat 10:40-dan 11:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub.
Prezident İlham Əliyev və Putin arasında telefon danışığı olub\nTelefon söhbəti zamanı Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədilə ardıcıl tədbirlərin görülməsinin əhəmiyyəti qeyd edilib. Bu kontekstdə Rusiya, Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə əldə olunmuş müvafiq razılaşmaların qeyd-şərtsiz yerinə yetirilməsinin vacibliyi vurğulanıb.
❗️Malatyada dağıntılar altında qalan 4 azərbaycanlı tələbədən birinin cəsədi tapılıb APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Şahin Verdiyevin cəsədi dağıntılar altından çıxarılıb. Digər üç nəfərin axtarışı davam edir.
Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib
👍 15
😁 1
💊 1
Söyüdlü kəndində aksiyanın təşkilatçılarından biri həbs olunub\nAPA xəbər verir ki, Söyüdlü sakinlərindən təşkil olunmuş 405 nəfərdən ibarət qrupu yaradan şəxs, aksiyanın təşkilatçılarından biri Cabbarov Etibar Məstan oğlu Rusiyadan gəlib və o, saxlanılıb.
Moskvada iyunun 26-sı qeyri-iş günü olacaq
Ərdoğan Putinlə danışıb, dəstəyini ifadə edib
Moskva istiqamətində nəqliyyatın hərəkəti bağlanıb
Putin "Vaqner"in qiyamı ilə bağlı Silahlı Qüvvələrə əmr verib
Putin Priqojinin əməllərini xəyanət adlandırıb
❗️FTX "Vaqner" döyüşçülərini Priqojinin cinayət əmrlərinə tabe olmamağa və onun tutulması üçün tədbirlər görməyə çağırıb.
🇹🇷🇦🇿Azərbaycan və Türkiyə telekanalları zəlzələdən zərərçəkənlərə yardım kampaniyası təşkil edəcək\napa.az
⚡️⚡️Türkiyədə zəlzələdə ölənlərin sayı 35 418 nəfərə çatıb.
❗️Malatyada dağıntılar altında qalan 4 azərbaycanlı tələbədən birinin cəsədi tapılıb\nAPA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Şahin Verdiyevin cəsədi dağıntılar altından çıxarılıb.\nDigər üç nəfərin axtarışı davam edir.
Zəlzələdə ən çox ziyan görmüş Kahramanmaraşdan FOTOREPORTAJ\n@apa_az
Laçın-Xankəndi yolundakı aksiya 65 gündür davam edir\n@apa_az